Türkiyədə zəlzələ oldu - İnsanlar küçəyə axın etdi - FOTO

0

 

Türkiyənin Afyonkarahisar bölgəsində 4,4 bal gücündə zəlzələ olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar 7 kilometr dərinlikdə qeydə alınıb. 5 saniyə davam edən zəlzələ yerli əhalinin panikaya salıb. Onlar qorxaraq küçələrə axın ediblər.

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya hadisə ilə bağlı açıqlama verib.

"Afyonkarahisar şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. AFAD və müvafiq qurumlarımız, 112 Təcili Çağırış Mərkəzinə daxil olan məlumatların qiymətləndirilməsi nəticəsində hazırda təhlükəli vəziyyətin olmadığı bildirilib. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun" - deyə, nazir qeyd edib.
Türkiyədə zəlzələ oldu - İnsanlar küçəyə axın etdi - FOTO/VİDEO

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top