Nazirlər GÖRÜŞÜR: Bu halda hərbi əməliyyatlar gündəmə GƏLƏ BİLƏR - ŞƏRH

0

 

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq. Daha əvvəl nazirlər səviyyəsində üçtərəfli görüşlər təşkil olunub və bir sıra məsələlər müzakirə edilib. Artıq hər iki tərəfdən sülh müqaviləsinin imzalanması ilə bağlı müsbət mesajlar eşidirik. Bəs üçtərəfli görüşdən hansı gözləntilər var?

Görüş ilə bağlı təəssüratlarını Sonxeber.az ilə bölüşən siyasi şərhçi Faiq Ələkbərli deyib ki, burada əsas məhz Azərbaycan-Ermənistan münasibətlərinin yeni bir mərhələyə keçməsi və sülh müqaviləsinin imzalanması məsələləri müzakirə olunacaq:

"Biz bilirik ki, Ararat Mirzoyanda açıqlama vermişdi ki, artıq Azərbaycana sülh müqaviləsini imzalamağa hazırdılar. Sadəcə Azərbaycan tərəfindən müsbət bir reaksiya gözləmədiyini demişdi. Azərbaycanın bu müsbət reaksiyanı verməsi üçün Ermənistanın qarşısına qoyulan bütün məsələlər həllini tapmalıdır. Xüsusilə sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin Azərbaycanın irəli sürdüyü təklif əsasında həyata keçirilməsi, Zəngəzur dəhlizi həll edilməsi bunlara daxildir. Bu məsələlərdə Ermənistan tərəfi konkret bir yanaşma ortaya qoymur. Yəqinki bütün bunlar əsas müzakirə obyekti olacaq".

Siyasi şərhçinin sözlərinə görə, sülh müqaviləsinin imzalanmasını Ermənistan istəyir. Ancaq burada Ermənistan təbii ki, öz maraqlarına uyğun olaraq hərəkət edir. Azərbaycanın konkret olaraq irəli sürdüyü şərtlər var:

"Bu şərtlər Azərbaycanın maraqlarına cavab verməlidir. Əgər Ermənistan indiki sərhəd bütövlüyü çərçivəsini qorumaq istəyirsə, Zəngəzur dəhlizi məsələsi öz həllini tapmalıdır. Şübhəsiz ki, bütün bunlar öz həllini tapmalıdır. Ermənistan bu məsələdə problem yaradır və qəti bir mövqe nümayiş etdirə bilmir. Ermənistan anklav olmayan kəndləri qaytarsa da, anklav kəndlərini Azərbaycana geri verməlidir. Zəngəzur məsələsi elə bir şəkildə olmalıdır ki, Zəngilandan Naxçıvana hərəkət edən nəqliyyatda heç bir problem olmamalıdır. Bu məsələdə Ermənistan irəliləyiş nümayiş etdirsə, o zaman sülh müqaviləsi sentyabra qədər imzalana bilər. Ermənistan bunları həll etməsə müharibə və hərbi əməliyyatlar gündəmə gələ bilər".

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO Zirvəsində iştirak üçün Vaşinqtonda səfərdədir.

Sevda Səfərova


Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top