Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub.
Ədalətyolu.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:
"İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub".