Tanınmış jurnalist İsrafil Kərimovun yubiley yaşı qeyd olunub. İsrafil Kərimov dövlət qulluğunda çalışmasına baxmayaraq, hər zaman zaman mətbuat işçiləri ilə əlaqələr quran və dostluq münasibətlərini davam etdirən etibarlı simalardan biridir.
Adaletyolutv.com ATA TV.AZ ictimai xəbər agentliyinə istinadən xəbər verir ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub.
190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib.
Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib.
Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb. 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə, 2019-cu ilin noyabrında BŞİH başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlərvə dini qurumlarla iş şəbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir.
“Tərəqqi”, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalları və bir sıra digər təltifləri vardır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Mütəmadi olaraq mətbuatda yazıları şap edilir. Ailəlidir, iki övladı var.
Başda "ATA TV. AZ ictimai xəbər agentliyinin rəhbəri Rasafil Bayramov olmaqla bütün redaksiya heyyəti adından həmkarımız, dostumuz İsrafil Kərimovu səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində böyük nailiyyətlər və yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə: Rasafil Bayramov
ATATV.AZ ictimai xəbər agentliyinin rəhbəri