Şimali Koreyadan ABŞ-a Rusiya ilə bağlı mesaj: Bu reallıqla barışmalısan

0

 

Şimali Koreya Rusiya ilə dostluq münasibətlərin daha da inkişaf etdirəcək.

Publika.az xəbər verir ki, bu sözləri Pxenyan administrasiyası ABŞ dövlət katibi Antoni Blinkenin Cənubi Koreyaya səfəri zamanı verdiyi açıqlamalara cavabında deyib.

O, Blinkenin Şimali Koreya-Rusiya əlaqələrinin inkişafı ilə bağlı narahatlığını ifadə edib. İki ölkəyə qarşı əlavə sanksiyaların olacağını deyib.

"ABŞ rəhbərliyi müstəqil suveren dövlətlər arasında münasibətlərin inkişafına kin bəsləyir. Blinkenin "məsuliyyətsiz və təxribatçı" açıqlamalarının ABŞ-ın narahatlığını azaltmaq əvəzinə Koreya və regionda təhlükəli siyasi və hərbi gərginliyi artırır. ABŞ-ın suveren dövlət olan Şimali Koreyanın Rusiya ilə əlaqələri ilə bağlı narahatlığı iki ölkəyə qarşı düşmənçilik siyasəti və soyuq müharibə zehniyyətindən əl çəkərək siyasi təxribatlara son qoymaqdır".

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ölkənin digər dövlətlərlə əlaqələrinin əhəmiyyətindən danışılıb.

"Şimali Koreya, Rusiya Federasiyası, Çin Xalq Respublikası və digər müstəqil suveren dövlətlər arasında bərabər və qarşılıqlı əməkdaşlıq sülh və sabitliyin qorunmasında çox mühüm rol oynayır. Başqaları nə desə də, Şimali Koreya ilə Rusiya arasındakı münasibətlər müstəqillik, sülh və dostluq yolunda getdikcə möhkəmlənəcək".

Bəyanatda vurğulanıb ki, ABŞ Şimali Koreya-Rusiya münasibətlərinin yeni reallığına alışmalıdır.

TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top