Azərbaycan Prezidenti ilə görüşlər zamanı Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə Bakı ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi formalaşdırılıb.
Adaletyolutv.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda litvalı həmkarı İnqrida Şimonite ilə görüşdən sonra deyib.
Baş nazirin sözlərinə görə, bu yol xəritəsi oktyabrın 5-də Qranadada keçirilən sammit zamanı qəbul edilmiş bəyannamədə (Azərbaycan tərəfi iştirak etməyib – red.) öz əksini tapıb.