"Hesab edirəm ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin bu təşəbbüsü (Forumun keçirilməsi-red.) artıq qələbə deməkdir".
Adaletyolutv.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov "Gülüstan" sarayından keçirilən Musiqi Forumunda çıxışı zamanı bildirib.
"Konkret dialoqun yaranması çox vacib məsələdir. Bəli, biz də auditoriyanın zövqünü formalaşdırnaq üçün çox çalışırıq. Biz hamımız deyirik ki, bu televiziya və verilişlər zövqümüzə uyğun deyil. Bəs kimin zövqünə uyğundur ki, bu yayımlanır? Yanımıza gələn hər kəs deyir ki, əsərindən dünyada yoxdur. TV kanalları bir aptekdir. Dərmandan şikayət edə bilərsiz, amma deyə bilmərsiz, pis istehsal etmisiz.
Biz də yayımçıyıq, yayım təşkil edirik. Bizim məhsul yaratmağa imkanımız yoxdur. Başa düşürük ki, köhnə studiyalar, iki musiqi aləti ilə verilişlər artıq keçmir. Biz dünyaya Tarkan göndərmək istəyiriksə, bu, ümummilli məsələ olmalıdır. Artıq dövlətimizin elə dövrüdür ki, dünyaya kimisə təqdim etməliyik. Hesab edirəm ki, bu forumun keçirilməsi çox vacibdir", - o qeyd edib.