Bu qidalar qadınları xəstəliklərdən qoruyur

0

 

Mütəxəssislər qadınları 40 yaşından sonra ürək xəstəliklərindən qoruyan qidaları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qadınlar yaşlandıqca onların ürək-damar xəstəlikləri riski artır, buna görə də ürək üçün sağlam şəkildə pəhriz saxlamaq vacibdir.

Şəkər, natrium və emal olunmuş qidalardan uzaq durmaq lazımdır.

Yağlı balıqlar, meyvələr, qoz-fındıq ürək sağlamlığını qorumaq üçün əla seçimdir. Çünki yağlı balıqlar iltihabı, trigliseridləri, aritmiya və ateroskleroz riskini azalda bilən omeqa-3 yağ turşuları ilə zəngindir.

Qaragilə, böyürtkən, çiyələk və moruq kimi giləmeyvə antioksidantlarla zəngindir. Bu da orqanizmi sərbəst radikallardan qoruyur, iltihabı azaldır və ürək xəstəliklərinin inkişafının qarşısını alır.


Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top