İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

0

 


Prezident İlham Əliyev “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Adaletyolutv.com sərəncamın mətnini təqdim edir:

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1071) 1-ci hissəsində “ildə” sözü “və 2023-cü illərdə” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.11-ci, 7.3-cü maddələrində, 13.5-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 15-3.2-ci, 15-3.3-cü, 22.3-cü, 31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 1.1.11-ci, 7.3-cü, 15-3.3-cü və 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 29.13-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə isə müvafiq yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər;

1.4. həmin Qanunun 29.13-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri istisna olmaqla digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir;

1.5. həmin Qanunun 31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.6. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinə münasibətdə) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.7. həmin Qanunun 15-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

1.8. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanunun 15-3.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçuları reyestrinin aparılması qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. həmin Qanunun 31-1.1-ci və 31-1.4-cü maddələrinə uyğun olaraq, dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.4. həmin Qanunun 32.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluqçusunun karyera inkişaf planının hazırlanması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; 2021, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982; 2022, № 4, maddə 303; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1962 nömrəli və 14 yanvar tarixli 1979 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1-ci bənddə “5.2-ci maddəsinin ikinci cümləsində” sözləri “1.1.11-ci maddəsində, 5.2-ci maddəsinin ikinci cümləsində, 7.3-cü maddəsində” sözləri ilə, “12.2-ci maddəsinin ikinci cümləsində” sözləri “13.5-ci maddəsinin ikinci cümləsində (hər iki halda)” sözləri ilə, “17.5-ci maddəsində” sözləri “17.5-ci, 22.3-cü maddələrində” sözləri ilə, “və 30-1.13-cü maddələrində” sözləri “, 30-1.13-cü, 31-1.1-ci, 31-1.4-cü maddələrində, 32.5-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “15-2.3-cü” sözlərindən sonra “,15-3.2-ci, 15-3.3-cü” sözləri əlavə edilsin;

3.2. 3.1-1-ci bənddə “5.2-ci maddəsinin ikinci cümləsində, 17.4-3-cü maddəsinin ikinci cümləsində” sözləri “1.1.11-ci maddəsində, 5.2-ci maddəsinin ikinci cümləsində, 7.3-cü, 15-3.3-cü maddələrində, 17.4-3-cü maddəsinin ikinci cümləsində, 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) maddəsində” sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 3.1-2–3.1-4-cü bəndlər əlavə edilsin:

“3.1-2. həmin Qanunun 29.13-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə isə müvafiq yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər;

3.1-3. həmin Qanunun 29.13-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri istisna olmaqla, digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir;

3.1-4. həmin Qanunun 15-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;”;

3.4. 3.2-1-ci və 3.2-2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.2-1. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (birinci halda), 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinə münasibətdə), 22.7-2-ci maddələrində, 28.5-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.12-ci maddəsinin üçüncü hissəsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində və 30-1.13-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.2-2. həmin Qanunun 31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

3.5. 3.3-cü və 3.23-cü bəndlər ləğv edilsin;

3.6. 3.20-ci bəndə “yuxarı” sözündən sonra “kateqoriya” sözü əlavə edilsin;

3.7. 3.21-1-ci bəndə “Qanunun” sözündən sonra “13.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin;

3.8. 3.22-4-cü bənddə “birinci cümləsində (ikinci halda)” sözləri “birinci cümləsində” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584; 2003, № 8, maddə 441; 2005, № 11, maddə 1009; 2009, № 6, maddə 419; 2010, № 3, maddə 183; 2013, № 12, maddə 1506; 2015, № 2, maddə 120; 2020, № 12 (I kitab), maddə 1480; 2021, № 3, maddə 221, № 8, maddə 906; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2014 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 3-cü hissəsi ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; 2022, № 1, maddə 27, № 4, maddə 303; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1962 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.1-ci bənddə “12.1-ci” sözləri “1.1.11-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “və vəzifələrin tutulması şərtləri” sözləri çıxarılsın;

5.2. 1.2 – 1.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsasdır.

1.3. Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının həmin dövlət orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə təlimatları həmin orqanların rəhbərləri tərəfindən təsdiq edilir.

1.4. 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir.”;

TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top