Bakının bəzi ərazilərində kəskin qoxu yayılıb.
Bu haq sakinlər məlumat verib.
Məlumata görə, kəskin qoxu artıq 2 gündür ki, davam edir.
Azxeber.com məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin sözcüsü İradə İbrahimova deyib ki, məsələdən xəbərdardırlar: "Bakıda yayılan kəskin qoxunun səbəbi ilə bağlı gün ərzində məlumat verəcəyik".