“Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” profilində paylaşım edib.
O bildirib ki, sənaye parkında yeni rezident “BAFCO İnvest” MMC tərəfindən investisiya həcmi 10 milyon manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək.