UNUTMADIQ. UNUTMARIQ !

0

 

 Abdullazadə Həsənağa Şakir oğlu

1993-cü il mart ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur.
1999-ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirmişdir. Həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi litseyin 1-ci kursuna daxil olub. Tək övlad olmasına baxmayaraq 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.
2010-cu ildə avquat ayında Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ilin iyul ayında həmin məktəbi bitirib leytenant rütbəsi alıb. 2014-cü ildə Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib. Öz arzusu ilə xidmətinin davam etdirmık üçün Gədəbəyin ən ucqar zirvəsinə yollanmışdır.


Ailənin uzun müddət sonra dünyaya gələn tək övladı olduğu üçün anası bu qərarla razılaşmaq istəmir. Buna baxmayaraq Həsənağa fikrindən dönmür. O çox keçmədən öz işində fərqlənməyə başlayır. İştirak etdiyi təlimləri, kursları uğurla başa vurur. Tez-tez “biz Qarabağı alacağıq” deyən gənc sanki ömrünün hər gününü yalnız bu məqsəd üçün xərcləyirdi.

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayanda Həsənağa Abdullazadə də öndə gedənlərdən olur. Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Ailəsi ilə telefon danışığında “Mən öz istəyimə çatacağam, Kəlbəcərə bayrağı mən sancacağam” deyən komandir təəssüf ki, döyüş yoluna sonadək davam edə bilmir.

Oktyabrın 3-ü şəhid olan qəhrəmanın nəşi qış fəslində axtarış işlərinin çətinliyilə əlaqədar yalnız yanvar ayının 13-ü ailəsinə təhvil verilir.
Şəhid Həsənağa Abdullazadə İkinci Fəxri Xiyabanda dəfn edilib.




Adaletyolutv.com


TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top