QHT-lər ilə bağlı İşçi qrup yaradılacaq - PREZİDENT SƏRƏNCAM İMZALADI

0

 

Qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərindən və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə İşçi qrup formalaşdırılacaq.

Adaletyolutv.com APA-ya istinadən  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.


Sənədə əsasən, 2023-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Maliyyə Monitorinqi Xidməti işçi qrup formalaşdıracaq. Nəticədə qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması təmin olunacaq.

TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top