İranda öldürülən etirazçıların sayı açıqlandı

0



İranda davam edən etiraz aksiyalarında 71-i uşaq olmaqla, 528 nəfər hökumət məmurları tərəfindən öldürülüb.

Adaletyolutv.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda 19623 etirazçının saxlanıldığı və bunlardan 718-nin tələbə oldugu deyilir. Həbslərdən başqa, tələbələrin universitetlərdən qovulma faktları da artıb.

Ümumilikdə 161 şəhərdə İranın idarəetmə sisteminə qarşı etiraz aksiyaları keçirilib, 144 universitetin tələbələri nümayişləri dəstəkləyib.

TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top