31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilim gəlişi ilə əlaqədar "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşkilatcılığı və Qranit QP MMC - nin direktoru Rübabə Mürşüdova, Birliyin Ağstafa rayon nümayəndəliyinin sədri Mədəd Abbasov, Sədərək ticarət mərkəzində çalışan iş adamı Rahib bəy, iş adamı Zamir İsayev, Birliyin Türkiyə Respublikası üzrə nümayəndəlik sədri Natavan xanım, İsmayıllı rayon nümayəndəliyinin sədri Kifayət Cəfərova, Birliyin Türkiyə Respublikası üzrə nümayəndəlik sədri Alper bəy, idarə heyətinin üzvü Püstə Hüseynova və Günay Beybutovanın tərəfdaşlığı ilə bayram öncəsi Yüz altmışdan çox şəhid, qazi , veteran, xəstə və kimsəsiz uşaqlar üçün bayram hədiyyələri, yetmişdən çox ailəyə bayram sovqatları çatdırılıb.
Təşkilatın əsas məqsədi ölkə başçısı cənab Prezident İlham Əliyevin qayğı yönümlü uğurlu siyasətini davam etdirmək, vətəndaş cəmiyyəti institutu olaraq cəmiyyətə əməli işlərlə töhvələr vermək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini uca tutmaq, ailələrinə qayğı göstərmək, qazi və veteranların yanında olmaqdır.
Birlik sədri Yasəmən xanım Qəyyumlunun dedikləri:
İşimizlə qürur duyur, vəzifə borclarımızı yerinə yetirmək üçün lazım olan addımları atır, yeni ildə daha səylə çalışmağı əsas tutaraq inamla addımlayırıq.
Bütün Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, şəhid ailələrini, qazi və veteranları təbrik edir , hər birisinə can sağlığı arzulayıram.
Xoş gəldin 2023 !