Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
Adaletyolutv.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Kino Agentliyinin Baş direktoru Mədəniyyət Nazirliyinin kollegiyasının üzvləri sırasına daxil edilib, M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyanın üzvləri sırasından çıxarılıb.