YASƏMƏN QƏYYUMLU - ƏZİZ ŞUŞA, SƏN AZADSAN

0







Bitdi həsrət Şuşa, bitdi əsarət,
Düşmənə dərs verdi igid oğullar. 
Səndə iradə var, səndə cəsarət, 
Qoynunda yazıldı dastan, nağıllar. 

Yeni nəfəs gəldi Xan nəfəsinə, 
Hər yeri bürüyən Bülbül səsinə,
Qarabağın dinən Şikəstəsinə, 
Yanan ocaqlarda alovsan,  odsan 
Əziz Şuşa, sən azadsan ! 

İsa bulağının gözləri gülür, 
Həzin şırıltısı qəlbə süzülür,
Bax, Cıdır düzünə övladın gəlir,
Öz doğma elinlə xürrəmsən, şadsan,
Əziz Şuşa, sən azadsan !

Bil, səni qoruyur şəhid ruhları, 
Sənlə qarşılayır xoş sabahları,
Qoruyur zirvənda al bayraqları 
Nə gözəl məkansan,  nə gözəl yurdsan,
Əziz Şuşa, sən azadsan !

Sən qalib ordunun şah əsərisən ,
Min-min arzuların sərasərisən, 
Qarabağ deyəndə başda gəlirsən,
Çin olan arzusan,  şirin muradsan,
Əziz Şuşa, sən azadsan !

Qoynunda rəqs etdi sərkərdən, ordun, 
Zəfər günəşisən bu ana yurdun,
Xar etdin düşməni belini qırdın, 
Səni sevənlərə qolsan, qanadsan, 
Əziz Şuşa, sən azadsan !

Yasəmən Qəyyumlu

Yorum Gönder

0Yorumlar

Yeni yorumlara izin verilmiyor.*

To Top