“Volkov gəlməyincə yol açılmayacaq” - AÇIQLAMA

0


 Dünya bilsin ki,əynimizə bayrağımızı, kəfənimizi geyinib gəlmişik.Hal hazırda Azərbaycan vətəndaş cəmiyyətinin 200-ə yaxın nümayəndəsi,şəxsi təşəbbüsümüzlə Şuşa şəhərinə gəlmişik.Burdan yolu bağlamışıq.Bağlamışıq ki, ekoloji terrora son qoyulsun.Sülhməramlılar özünü erməniməramlı kimi terrorist kimi aparmasınlar”

Bu sözləri hal hazırda Şuşada keçirilən etiraz aksiyaları ilə bağlı “Yeni Gundem”-ə danışan “Diaspor Press” informasiya mərkəzinin rəhbəri, diaspor işləri üzrə ekspert Toğrul Allahverdili deyib.

“Xalqımıza səslənirəm.Bizə dəstək olsunlar.”
“Dünya bilsin ki,əynimizə bayrağımızı ,kəfənimizi geyinib gəlmişik.Əsas tələb Volkovun gəlməsdir.O gəlmiyincə biz onu sona qədər burda gözləyəcəyik.Volkov gəlmiyincə bu yol açılmayacaq.Təcili Tibbi maşınlardan başqa heç bir maşını burdan buraxmırıq.Biz burdayıq.Xalqımıza səslənirəm.Bizə dəstək olsunlar.Azərbaycan mediasına səslənirəm.Xüsusən xarici dilli media və sosial şəbəkə istifadəçiləri aktiv olmalıdırlar .Biz dünyaya səsimizi çatdırmalıyıq.Vəziyyət gərgindir.Silahla gəliblər bura .Elə bil təzədən 20 Yanvar törətmək istəyirlər.Bizim heç kimdən qorxumuz yoxdur.”-o bildirdi.



TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top