Naxçıvan Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, burada avtomobil saxlamaq belə qadağan idi.
Adaletyolutv.com bildirir ki, artıq bu kimi hallar yoxdur. Bu, indiyə qədər görülməmiş haldır.
Vasif Talıbovun istefa xəbəri çıxandan dərhal sonra Naxçıvanın böyük ticarət mərkəzlərinin birinin önündə və bəzi məkanlarda canlanma baş verib.İnsanlar rahat hərəkət edirlər.
Bundan başqa, Naxçıvanda avtomobillərin arxa şüşələrinə pərdə və plyonkaların vurulması ilə bağlı məhdudiyyət də artıq yoxdur.